11 
Yan
2022
13:37
966

Amiran Qamğrelidze əhaliyə çağırış etdi

"Omikron" yüksək reinfeksiya nisbəti və bəzi peyvəndlərdən yan keçməsi ilə xarakterizə olunur, buna görə də "buster" doza ilə hər kəs peyvənd olunmalıdır".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Qamğrelidzenin sözlərinə görə, bu il ÜST göstəricisinə çatmaq üçün iyul ayına qədər əhalinin 70%-i peyvənd edilməlidir.

"Birinci tövsiyə peyvənddir. Nümunəvi araşdırmalar göstərdi ki, üçüncü peyvənd ciddi müdafiədir, yəni “buster” epidemiyanın daha da yayılmasının qarşısını alan əsas vasitələrdən biridir. Odur ki, buster doza ilə peyvənd olunmamış hər kəsdən xahiş edirəm ki, gedib peyvənd olunsunlar, ailə üzvlərinizi də peyvənd olunmağa çağırın. Hazırkı məlumatlara görə, artıq 86 minə qədər insan üçüncü doza ilə peyvəndi olunub. "Omikron" yüksək reinfeksiya nisbəti və bəzi peyvəndlərdən yan keçməsi ilə xarakterizə olunur. Pfizer-in gücləndirici dozası ilə peyvənd olunsanız, Omikron infeksiyasından 70-80% daha çox qorunacağınıza dair çoxlu sübutlar var. Beləliklər, ilk çağırışımız peyvənddir. Bu ilin iyul ayına kimi ÜST göstəricisinə çatmaq üçün əhalinin 70%-i peyvənd edilməlidir. 50 yaşdan yuxarı hər kəsi peyvənd olunmağa çağıraq. Buster doza çox vacibdir", - Qamğrelidze söyləyib.

Eyni zamanda, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Omikron infeksiyalarının sayının artmasında ən böyük problemlərdən biri həkimlərin yoluxma riskinin yüksək olmasıdır, ona görə də bütün həkimlər peyvənd edilməlidir.

"Omikron infeksiyasına yoluxma hallarının artmasında ən böyük problemlərdən biri tibb işçilərinin eyni vaxtda yoluxa bilməsi və xəstəxanalarda insan çatışmazlığının yarana bilməsidir. Ona görə də mən bütün həkimləri peyvənd olunmağa çağırıram. Bu adamlar mütləq peyvənd olunub “gücləndirici” doza vurdurmalıdırlar ki, "Omikron" dalğası zamanı ölkədə ən zəruri qrupda azalma yaranmasın.

Omikron zamanı izolyasiyanın ciddi şəkildə qorunması vacibdir, bu ştam yüngül keçir, lakin yoluxmuş insanların mağazalarda və küçələrdə gəzməməsi arzu edilir", - deyib Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər