11 
Yan
2022
12:19
926

Tədris prosesinin təxirə salınması planlaşdırılırmı? - Açıqlama

Koronavirusa yoluxma hallarının sayının artması fonunda tədris prosesinin bərpasının təxirə salınması planlaşdırılmır.

InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.

“Hələlik Xəstəliklərə Nəzarət Mərkəzi tədris prosesinin təxirə salınması ilə bağlı heç bir tövsiyə verməyib. Yəni hər şey planlaşdırıldığı kimi həyata keçiriləcək. Ehtiyac yaranarsa, təbii ki, şura bu məsələyə qayıdacaq”, - deyə Qabunia izah edib.

Qeyd edək ki, dövlət məktəblərində təhsil yanvarın 17-dən bərpa olunacaq.

Bizimlə əlaqə saxlayın