Yaxın bir neçə gün ərzində karantin dövrünün yenilənmiş müddəti müəyyən ediləcək
Yaxın bir neçə gün ərzində karantin dövrünün yenilənmiş müddəti müəyyən ediləcək.
InterPress.ge xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.
O, Koordinasiya Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, karantin müddətlərinin dəyişdirilməsi “Omikron” ştamının fərqli gedişi, xüsusən də yoluxma müddətinin əvvəlki vəziyyətlə müqayisədə nisbətən qısa olması ilə bağlıdır.
“Bildiyiniz kimi, biz Avropa və Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin karantin müddətləri ilə bağlı protokollarına əməl edirik. Nazirlikdə müzakirələr və məsləhətləşmələr başlayıb. Bu gün, sabah, karantin üçün yenilənmiş tarixlər müəyyən ediləcək.
Karantin müddətlərinin azalması, əsasən, omikron ştamının gedişinin müxtəlif forması və yoluxma müddətinin əvvəllər mövcud olan ştamlarla müqayisədə nisbətən az olması ilə bağlıdır. Odur ki, əgər insan simptomsuz keçirsə, onun 8 gün təcriddə qalması kifayətdir, əlamətlər olduqda 10 gün, lazım gələrsə, bəlkə də daha çox vaxt tövsiyə olunur. Hətta kontaktlar vəziyyətində də rejim nisbətən yüngüldür. Beləliklə, biz bütün bu tövsiyələri nəzərdən keçirəcəyik və təbii olaraq optimal rejimlə razılaşacağıq ki, təcrdiddə olan şəxsə və yoluxmuş şəxsə əlavə yük qalmasın və həmçinin sistem həddindən artıq təzyiqdən azad edilsin. Bu gün sabah bu məsələlər öz həllini tapacaq”, - deyə Qabunia bildirib.


