Avtomobil Yolları Departamenti əhaliyə müraciət edir
Gürcüstanın bütün yollarında təmizləmə işləri fasiləsiz rejimdə aparılır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən məlumat verilib.
Onların sözlərinə görə, intensiv təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze yolunda avtomobillərin hərəkəti bərpa olunub.
Avtomobil Yolları Departamenti əhalini qış mövsümünə uyğun təkərlərlə, düzgün nəqliyyatla hərəkət etməyə və avtomobil yollarında tətbiq olunan rejimlərə əməl etməyə çağırır.
"Aşağıdakı yollarda bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib: Uçqun təhlükəsi ilə əlaqədar daxili əhəmiyyətli Kutaisi-Tkibuli-Ambrolauri avtomobil yolunun km43-km45 (Nakerala aşırımı) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Çətin meteoroloji şərait (qar, qar fırtınası, görmə məhdudluğu) ilə əlaqədar daxili əhəmiyyətli Koda-Parçxisi-Manqlisi-Tsalka-Ninotsminda yolunun km94-km110 (Paravani aşırımı) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.
Eyni zamanda, daxili əhəmiyyətli Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun km70-km186 (Xaişi-Uşquli) hissəsində qoşqu, yarımqoşqu və oturacaq yeri 30-dan çox olan avtobusların hərəkəti qadağandır. Km90-km186 (Dizi-Uşquli) hissəsində isə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Magistral yolunun km1-km70 (Zuqdidi-Xaişi) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.
Qar və buzla əlaqədar sözügedən yolun km30-km186 (Cvari-Uşquli) hissəsində qoşqu, yarımqoşqu və oturacaq yeri 30-dan çox olan avtobusların hərəkəti qadağandır, digər növ nəqliyyat vasitələrinin hərəkətinə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir. Sözügedən yolun km1-km30 (Zuqdidi-Cvari) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.
Güclü qar səbəbindən daxili əhəmiyyətli Kutaisi-Cğaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun km28-km 125 (Ğumistavi-Mele) hissəsində qoşqu, yarımqoşqu və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır. Həmin yolun km88-km 125 (Lentexi-Mele) hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə digər növ nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Daxili əhəmiyyətli Kutaisi-Bağdati-Abastumani-Benara avtomobil yolunun km90 (Ğanobili çıxışı) hissəsində xarici işıqlandırma dirəkləri zədələnərək uçub. Bu hissəni və daxili əhəmiyyətli Abastumani-Ğanobili yolunu təmizləmək mümkün olmadığından qeyd olunan hissələrdə hər cür nəqliyyatın hərəkəti qadağandır.
Güclü qar və aşağı temperaturla əlaqədar olaraq Alpana-Tsaqeri yolunun km1-km22 hissəsində qoşqu, yarımqoşqu və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır. Digər növ nəqliyyat vasitələrinin hərəkətinə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir.
Qar və buzla əlaqədar olaraq daxili əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun km11-km108 hissəsində qoşqu, yarımqoşqu və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır, bu yolun km11-km52 hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə digər növ nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.
Güclü qar səbəbindən Saçxere-Oni yolunda qoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir", - deyə məlumatda qeyd olunub.


