Bu gün Marneulidə Fövqəladə hallar koordinasiyası və Təcili Yardım Mərkəzinin kollektivini qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etdik.
InterPress.ge xəbər verir ki, bu barədə Marneulinin və Qardabaninin majoritar millət vəkili Zaur Darğallı Facebook sosial şəbəkəsində qeyd edib.
Millət vəkilinin qeyd etdiyinə görə, yeni il ərəfəsində vəzifələrini yerinə yetirən bütün insanlara xüsusi diqqət yetirmək vacibdir.
"Təcili yardım işçilərini, Marneuli meri və bələdiyyə məclisi sədri ilə birlikdə pandemiya ilə mübarizədə verdikləri böyük töhfəyə və gündəlik yorulmaz işlərinə görə təşəkkür etdik".- Z. Darğallı.
