28 
Dek
2021
15:25
1616

Ədliyyə naziri: "Mixeil Saakaşvili Rustaviyə aparıldıqdan sonra da aclıq aksiyasına başlasa..."

"Mixeil Saakaşvili Rustaviyə aparıldıqdan sonra da aclıq aksiyasına başlasa, Qori xəstəxanasına deyil, Qldanidəki 18 nömrəli müəssisəyə aparılacaq".

InterPress.ge xəbər verir ki, ədliyyə naziri Rati Breqadze jurnalistlərin Mixeil Saakaşvili yenidən aclıq aksiyasına başlasa, prosesin necə davam edəcəyi ilə bağlı sualını belə cavablandırıb.

"Ümumiyyətlə konkret məhkum və ya təqsirləndirilən şəxs üçün həmişə belə olur. Əgər səhhətində problem yaratsa, bu halda 18 saylı Qldani Cəzaçəkmə Müəssisəsi var ki, biz adətən bütün məhbusları bura köçürürük və bu halda o əvvəldə olduğu kimi 18 saylı müəssisəyə köçürüləcək. İctimaiyyət onun o cümlədən 18 nömrəli müəssisədə bütün lazımi tibbi xidmətlərlə təmin olunduğunu açıq şəkildə gördü; Bu, bütün məhbuslara şamil edilən standartdır; Təbii ki, qanun qarşısında heç kim istisna deyil", - Rati Breqadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər