28 
Dek
2021
14:15
697

Qamğrelidze: "Bu pandemiyanın sonunun başlanğıcı ola bilər"

"Nəzəriyyələrdən biri budur ki, "Omikron" kovid epidemiyasının sonunun başlanğıcı ola bilər".

InterPress.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Qamğrelidzenin izah etdiyinə görə, bu nəzəriyyəyə yüngül yanaşmaq olmaz, çünki “Omikron” sunami kimi çox böyük miqdarda gəlir və səhiyyə sektoruna böyük təzyiq ola bilər”.

“Artıq ilkin əlamətlər yaranıb, eynilə Cənubi Afrikaya baxsanız, bu göstərici artıq aşağı düşüb, yəni artıq azalma var. Tez yüksəldi və həmçinin halların azalması tendensiyası başladı. Bilirsiniz, nəzəriyyələrdən biri budur ki, "Omikron" kovid epidemiyasının sonunun başlanğıcı ola bilər. Peyvənd edilmiş insanlar onu nisbətən asanlıqla keçirir, hələlik peyvənd olunmamış insanlarda da yüngül davam edir. Ancaq bu nəzəriyyəyə yüngül yanaşmaq olmaz. O, sunami kimi çox böyük miqdarda gəlir və səhiyyə sektoruna böyük təzyiq ola bilər”, - deyə Amiran Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər