Amiran Qamğrelidze ölkədəki epidemioloji vəziyyəti dəyərləndirdi
Amiran Qamğrelidze ölkədəki epidemioloji vəziyyəti dəyərləndirib.
InterPress.ge xəbər verir ki, mərkəz rəhbəri bu barədə Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, Gürcüstanda yeni kovid infeksiyası hallarının gündəlik göstəriciləri azalır, lakin ən ağır göstərici artır.
"Noyabrın ortalarından etibarən yeni halların yavaş azalmasının müsbət dinamikası müşahidə olunur. Epidemiya vəziyyəti ilə bağlı göstəricilər, məsələn, 100.000 əhaliyə düşən yeni yoluxma hallarının sayı, məcmu insidentlər azalır, son 7 və son 14 gündə müsbət nisbət artıq 6%-ə enib və 5% çərçivəsindədir. Təəssüf ki, yenidən yüksələn şey ən ağır göstərici - ölüm nisbətidir. Bir milyon əhaliyə 17 ölüm halı düşür, bu bizim həddi göstəricimizdən təxminən iki dəfə çoxdur", - deyib Amiran Qamğrelidze.


