"Alyans" Gənclər Mərkəzinin rəsmi açılışı baş tutub - FOTO
24 dekabr tarixində Tbilisidə "Alyans" Gənclər Mərkəzinin rəsmi açılışı baş tutub.
InterPress.ge xəbər verir ki, mərkəzin idarə heyəti Rəna Hüseynova, Leyla Əmrahova Və Əli Bədirov mərkəzin məqsədi haqqında məlumat veriblər.
İdarə heyətinin üzvləri çıxışları zamanı mərkəzin əsas məqsədinin gənclərin asudə vaxtının səmərəli istifadəsi, xarici dillər, Azərbaycan tarixi və dilinin öyrədilməsi olduğunu qeyd ediblər.
Bundan başqa mərkəzdə pulsuz rəsm və xalçaçılıq kurslarınin da fəaliyyət göstərdiyi vurğulanıb.
Mərkəzdə əlavə olaraq, hüquqi xidmət sahəsi də var.
Mərkəzin açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov, Marneulinin İnteqrasiya mərkəzinin direktoru Orxan Pirverdiyev, Marneulinin bələdiyə məclisinin üzvü Adil Əlioğlu, siyasətçi Murad Muradov, ictimaiyyətçi Samirə Bayramova, Qardabani Gənclər mərkəzinin icraçı direktoru Hacı Hacıyev,
Gürcüstanın Yeşilay cəmiyyətinin direktoru İsə Xammədov,
Gürcüstanın Tələbə Parlamentinin "Diaspora və Qafqaz məsələləri" komitəsinin sədri Elvin Tağıyev, "Ceyran" rəqs ansamblının rəhbəri Ceyran Qurbanova, "Qafqaz Hüquq və İnteqrasiya" mərkəzinin direktoru Rezo Həsənov, ictimai şəxslər və tələbələr iştirak etmişdilər.
Müraciət etmək üçün:
Ünvan: Tbilisi şəh. Kazbeki pr.44.
Tel: 574 75-75-77
E.poçt: [email protected]




