24 
Dek
2021
10:28
866

Bu gündən yanvarın 8-də daxil olmaqla Gürcüstanın bütün regionlarında Yeni il tədbirləri keçiriləcək

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin təşəbbüsü ilə bu gündən, dekabrın 24-dən yanvarın 8-də daxil olmaqla Gürcüstanın bütün regionlarında Yeni il tədbirləri keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, 63 bələdiyyənin hamısında Milad yarmarkaları, sərgi-satış, uşaq əyləncə məkanları təşkil olunacaq. Əraziyə taxtadan hazırlanmış yeni il evləri, foto köşklər və qurğular yerləşdiriləcək. Şaxta baba bələdiyyələrdə yaşayan uşaqlara şirniyyat və hədiyyələr verəcək.

Axşam saatlarında həm yerli, həm də paytaxtdan dəvət olunmuş ifaçıların konsertləri keçiriləcək. Tədbirlər təntənəli atəşfəşanlıqla başa çatacaq.

Tədbirlər aşağıdakı cədvəl üzrə keçiriləcək: 24 dekabr – Mestia, Tğibuli, Telavi; 25 dekabr – Ozurqeti, Ninotsminda, Xaraqauli, Kareli, Duşeti; 26 dekabr – Marneuli, Çxorotsğu, Tercola, Qurcaani; 27 dekabr – Saçxere, Xaşuri, Axalkalaki, Kobuleti; 28 dekabr – Abaşa, Samtredia, Laqodexi, Tetritsğaro; 29 dekabr – Aspindza, Xelvaçauri, Kaspi, Ambrolauri, Çiatura; 30 dekabr – Kutaisi, Dedoplistsğaro, Qardabani, Tianeti; 31 dekabr – Zuqdidi, Borcomi, Tsaqeri; 1 yanvar – Bağdat; 2 yanvar – Tsalka, Axmeta, Keda, Oni, Kazbeqi, Tsğaltubo; 3 yanvar – Senaki, Vani; 4 yanvar – Xoni, Rustavi, Şuaxevi, Adiqeni, Ğvareli; 5 yanvar – Zestaponi, Xobi, Dmanisi, Tsnori, Siğnaği; 6 yanvar – Martvili, Xulo, Bolnisi, 7 yanvar – Lentexi, Poti, Tsalencixa, Saqareco, Axaltsixe, Mtsxeta, Qori; 13 yanvar-Lançxuti, Çoxatauri.

Bununla yanaşı, baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, bütün tədbirlərdə kovid tənzimləmələrə əməl olunacaq.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər