Elisaşvili: "Təbrik edirik. Bu qərar yeni il qabağı çox gözəldir"
Fevralın 1-dən bələdiyyə nəqliyyatı ilə gediş-gəliş 2 dəfə artırılacaq. Təbrik edirik! Bu qərar yeni il qabağı çox gözəldir - mən deputatam və bir dəfəyə 250 lari ödəyə bilmərəm.
InterPress.ge xəbər verir ki, bu barədə "Vətəndaşlar"ın liderlərindən biri və deputat Aleko Elisaşvili Palitranyusun "360 dərəcə" verilişində deyib.
O bildirib ki, paytaxtda hərəkət edən sarı mikroavtobuslar səbəbindən ictimai nəqliyyatda gediş haqqı artırılıb.
“ Mən millət vəkiliyəm və bir dəfəyə 250 lari verə bilmərəm. Xüsusən də qarşıdan Yeni il gəldiyi üçün hər qəpiyin qiyməti var.
Kaladzenin əsas cinayətlərindən biri də mikroavtobusları tərk etməsidir. Bu, ümumiyyətlə dayanacağı olmayan biabırçı nəqliyyatdır. O, bizim pullarımızı Makaçariyanı daha da zənginləşdirmək üçün xərcləyir. Zəngin olsun amma bizim hesabımıza yox.
Bu gün Tbilisidə bələdiyyə nəqliyyatı nədir? - Metro, avtobus, mikroavtobus, bu mikroavtobuslar hər şeyi korlayır. Məhz mikroavtobusların hesabına bahalaşıb. Fevralın 1-dən bələdiyyə nəqliyyatı ilə gediş-gəliş 2 dəfə artırılacaq. Təbrik edirik! Bu qərar Yeni il qabağı çox gözəldir" dedi Aleko Elisaşvili.
Məlumat üçün bildirək ki, ictimai nəqliyyatda 90 dəqiqəlik kart 1 lari, 1 günlük kart 3 lari, 1 həftəlik kart 20 lari, 1 aylıq 40 lari, 3 aylıq kart 100 lari, 6 aylıq - 150 lari, 1 illik kartlar isə 250 lari olacaq. Limitsiz abonement sistemi fevralın 1-dən qüvvəyə minəcək.


