22 
Dek
2021
11:45
361

Çətin meteoroloji şəraitlə əlaqədar avtomobil yollarında məhdudiyyətlər tətbiq edilib

Çətin meteoroloji şəraitlə əlaqədar hazırda Gürcüstan ərazisində bəzi yollarda nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayır.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mçxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində uçqun təhlükəsinin səviyyəsi yüksəkdir, bu səbəbdən həmin hissədə bütün növ avtomobillərin hərəkəti qadağandır. Eyni yolun Mleta-Qudauri hissəsində yalnız yüngül avtomobillərin hərəkətinə icazə verilir.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri hissəsində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək.

Güclü qar və buz səbəbindən Tbilisi-Senaki-Leselidze yolunun km40-km158 hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtomobillərin hərəkəti sərbəstdir. Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Güclü qar səbəbindən Saçxere-Oni yolunda qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Güclü qar səbəbindən Kutaisi-Dğibuli-Ambrolauri yolunun km39-km60 hissəsində (Nakerala keçidi) qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, qalan nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Yollar Departamenti yolun qalan hissəsində nəqliyyatın hərəkətinin sərbəst olduğunu bildirib.

Qurumdan verilən məlumata görə, güclü qar, aşağı temperatur və uçqun təhlükəsi ilə əlaqədar Jinvali-Barisaxo-Şatili yolunun km53-km106 (Korşa-Şatili) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Güclü qar səbəbindən Kutaisi-Cğaltubo-Çaqeri-Lentexi-Lasdili yolunun km88-km125 hissəsində(Lentexi-Mele) qoşqu və yarımqoşquların hərəkəti qadağandır. Digər növ nəqliyyat vasitələrinin hərəkətinə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir. Magistral yolun km1-km88 (Cğaltubo döngəsi-Lentexi) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Sürüşmə və uçqun təhlükəsi ilə əlaqədar Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun km182-km186 (Kala-Uşquli) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Həmin avtomobil yolunun km70-km182 (Xaişi-Kala) hissəsində qoşqu, yarımqoşqu və tutumu 30 nəfərdən çox olan avtobusların hərəkəti qadağandır. km90-km182 (Dizi-Qala) hissəsində isə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir.

Magistral yolun km1-km70 (Zuqdidi-Xaişi) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir. Qar səbəbindən Koda-Parçxisi-Manqlisi-Tsalka-Ninotsminda yolunun km94-km110 (Paravani keçidi) hissəsində qoşqu, yarımqoşqu və tutumu 30 nəfərdən çox olan avtobusların hərəkəti qadağandır, digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Yolun qalan hissəsində hərəkət məhdud deyil.

Avtomobil Yolları Departamenti bildirir ki, çətin meteoroloji şərait (qar fırtınası, görüntünün zəifləməsi, şaxta) səbəbindən Axalçixe-Ninotsminda yolunun km90-km112, həmçinin Axalkalaki-Kartsaxi yolunun km1-km36 hissəsində qoşqu, yarımqoşqu və tutumu 30 nəfərdən çox olan avtobusların hərəkəti qadağan edilib, digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Güclü qar və aşağı temperatur ilə əlaqədar Qomi-Saçxere-Çiatura-Zestaponi yolunun km12-km106-da qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Güclü qar səbəbindən (S-8) Xaşuri-Axalçixe-Vale avtomobil yolunun km1-km50 (Xaşuri-Acğuri) hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər