20 
Dek
2021
14:01
870

Amiran Qamğrelidze: Gürcüstanda Omikronun 2 halı müəyyən edildi"

Gürcüstanda “Omikron” adlı yeni növ koronavirusun iki halı təsdiqlənib. 

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze onlayn brifinqdə açıqlama verib.

"Hər ikisi ABŞ və Yaxın Şərqə, xüsusən də Dubaya səyahət tarixçəsi olan Gürcüstan vətəndaşlarıdır. Hər ikisi təcrid olunub. 26 analiz ilə bağlı araşdırma aparılır", - Qamğrelidze bildirib.

Qeyd edək ki, Koronavirusun "Omicron" variantı ilk dəfə noyabrın sonunda Cənubi Afrikada qeydə alınıb. İndiyə qədər aşkar edilmiş variantlardan daha ağır xəstəliyə səbəb olub-olmadığını müəyyən etmək üçün mütəxəssislər tərəfindən hələ də öyrənilir. Ümumdünya Səhiyyə Təşkilatı Omicronun "çox yüksək" qlobal risk yaradacağını bildirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər