19 
Dek
2021
10:31
1449

Azərbaycanı əslən Gürcüstandan olan S.Əzizova təmsil edəcək

Dekabrın 19-da Parisdə keçiriləcək “Junior Eurovision 2021” mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək. 

InterPress.ge xəbər verir ki, bu Azərbaycanın “Junior Eurovison” mahnı müsabiqəsində 4-cü iştirakı olacaq. 

Azərbaycan 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edib və həmin ildən də “Junior Eurovision” müsabiqəsinə qatılıb.

Sona Əzizova “Junior Eurovision 2021” mahnı müsabiqəsində “One Of Those Days” mahnısı ilə çıxış edəcək. Müsabiqədə 19 ölkənin iştirakı gözlənilir. Müsabiqə Parisdə Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında keçiriləcək.

Qeyd edək ki, valideynləri əslən Gürcüstandan olan və güclü səsə malik Sona Əzizova Azərbaycanın İTV televiziya kanalında keçirilmiş “Səs Uşaqlar” mahnı müsabiqəsində 2-ci yeri tutub.

Sona Əzizovaya aşağıdakı linkdə səs vermək mümkündür:

https://vote.junioreurovision.tv/

Sona Əzizovanın sözügedən müsabiqədə ifa edəcəyi mahnının linki:

https://junioreurovision.tv/video/sona-azizova-one-of-those-days-azerbaijan-official-music-video-junior-eurovision-2021

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər