Baş nazir Ermənistanın polis rəisi ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanda rəsmi səfərdə olan Ermənistan Respublikasının polis rəisi, general-mayor Vahe Qazaryan ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı hökumət administrasiyası yayıb.
"Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Gürcüstan və Ermənistanın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq, o cümlədən transmilli cinayətkarlığa və digər təhlükəsizlik çağırışlarına qarşı mübarizədə tərəfdaşlıq qeyd olunub.
Görüş zamanı Gürcüstanın baş nazirinin uğurlu vasitəçiliyindən danışılıb, nəticədə 15 Ermənistan vətəndaşı azad edilib, Azərbaycana minalanmış ərazilərin mühüm xəritələri verilib. Hökumət başçısı gələcək fəal əməkdaşlığa hazır olduğunu bildirib və qeyd edib ki, Gürcüstan regionda davamlı sülh və sabitliyin təmin olunmasına töhfə verəcək dialoqu dəstəkləyir.
Söhbətdə, həmçinin xalqlar arasında dostluq və mehriban qonşuluq münasibətlərinin çoxillik tarixi və tərəfdaşlığın daha da genişləndirilməsi perspektivləri vurğulanıb.
Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri iştirak edib", - deyə məlumatda bildirilir


