06 
Dek
2021
20:38
878

Xoştaria Saakaşvili ilə görüşdən sonra açıqlama verdi

Droa partiyasının lideri Elene Xoştariya Gürcüstanın üçüncü prezidenti ilə Qori Hərbi Hospitalında görüşüb.

InterPress.ge xəbər verir ki, Xoştariya görüşdən sonra bildirir ki, konkret məqsədlərə çatmaq üçün siyasi mübarizəsini davam etdirir.

“Bu hakimiyyətdə bir gün də döyüşsüz yaşamaq mümkün deyil.

Mübarizədə çox aydın vəzifəmiz var, bu, növbədənkənar seçkidir və heç kim onun hansısa manipulyasiya ilə arxa plana keçəcəyini düşünməsin.

Növbədənkənar seçkilər olmadan, qeyri-legitim hökumət və ələ keçirilən qurumlar qarşısında bu ölkədə qorunan adam yoxdur.

Mənim aydın vəzifəm isə Mixail Saakaşviliyə qarşı revanş aktını dayandırmaqdır. Söhbət siyasi məqsədəuyğunluq və bəyənmə və ya bəyənməmək məsələsi deyil. Mixail Saakaşvili ilə mən müxtəlif platformalardayıq. Bununla belə, o, bu vəziyyətdə olana qədər mən dincələ bilmərəm”, - Xoştaria bildirib.

Bizimlə əlaqə saxlayın