05 
Dek
2021
19:44
747

Neçə aydan sonra 3-cü peyvənd dozası (buster dozası) vurdurmaq olar?

Səhiyyə nazirinin müavini Tamar Qabunia gücləndirici immunizasiya prinsipini izah etdi.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, Astrazenekadan gücləndiricilər üçün istifadə edilmir.

“Busterdən istifadə etməyə başladığımızdan bir neçə həftə keçdi. 20 minə qədər vətəndaş “gücləndirici”dən istifadə edib. Bunlar 6 ay əvvəl peyvənd vurduran insanlar idi. Booster bütün peyvəndlərdən sonra istifadə edilə bilər. Sinofarm və Sinovak təqdirində bizdə bir qədər fərqli qaydalar var - Sinofarm və Sinovak ilə peyvənd edilmiş insanlar eyni vaksinlə - Booster ilə peyvənd oluna bilər. Yaşı 60 yaşadək şəxslər 6 ay sonra, 60 yaşdan yuxarı şəxslər isə  3 ay sonra "booster" dozasını vurdura bilər. Vətəndaşlar Sinofarm və Sinovakı Pfizer ilə əvəz etsələr də Buster dozadan istifadə edə bilərlər. Pfizer peyvəndlərinə gəlincə, peyvəndin ikinci dozasından sonra üçüncü doza 6 aydan sonra vurulur. Astrazeneka təqdirində peyvəndin 3cü dozası olaraq 6 ay sonra Pfizer vurdura bilərlər. Biz Astrazenekanı gücləndirici üçün istifadə etmirik".- Qabunia bildirib.

Bizimlə əlaqə saxlayın