05 
Dek
2021
17:58
395

Mixail Saakaşvilinin anası onun vəziyyəti haqda danışır

Məndə elə təəssürat yaranıb ki, onda adi halsızlıq, əsəbilik yoxdur, sanki dərmandandır, amma hansı formada qəbul edildiyini bilmirəm. Həkimlər çox yaxşı ola bilər, amma pəhrizinə kim nəzarət edir, bu necə baş verir? Hər şey yenidən DTX- nin əlindədir.

InterPress.ge xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin anası Qiuli Alasania Qori Hərbi Hospitalının yaxınlığında mediaya bildirib.

Qiuli Alasaniyanın sözlərinə görə, Saakaşvilinin müalicəsi ilə bağlı bəzi iradları var, çünki o, Qori hərbi hospitalına köçürüləndən sonra vəziyyəti yaxşılaşıb, indi isə pisləşir.

“Oğlum sistemlə üz-üzədir. İndi təəssüf ki, elə oldu ki, oğlum sistemin əlindədir və burada baş verənlərin hamısı mənim etibar etmədiyim sistem tərəfindən idarə olunur. Bir neçə gün işgəncədən sonra Qori xəstəxanasına aparıldı, amma yavaş-yavaş vəziyyəti pisləşir, təəssüratım belədir. Məndə elə təəssürat yaranıb ki, onda adi halsızlıq, əsəbilik yoxdur, sanki dərmandandır amma hansı formada qəbul edildiyini bilmirəm. Həkimlər çox yaxşı ola bilər, amma pəhrizinə kim nəzarət edir, bu necə baş verir? Hər şey hələ də DTX-nin əlindədir" dedi Qiuli Alasania.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər