ABŞ səfiri: "Bu bizi məyus edir"
"Ali Məhkəməyə hakimlərin təyinatı prosesinin daha bir prioritet olmasına baxmayaraq, sürətləndirilmiş şəkildə davam etməsi bizi məyus edir, buna cavab vermək lazımdır, ancaq verilmir, bu prosesin niyə sürətləndirildiyini anlamırıq".
InterPress.ge xəbər verir ki, bunu ABŞ səfiri Kelli Deqnan deyib.
“Biz onu da bilirik ki, Ali Ədliyyə Şurasında hakim olmayan üzvlər üçün 5 vakant yer var ki, bunlar da aylardır ki, boş qalıb. Məqsədləri insanların fikir və baxışlarını məhkəmə sistemində təmsil etmək olduğu halda, nədənsə, heç kim bu vəzifələri tutmağa tələsmir. Bunlar çətin izah ediləndir.
Onu da qeyd edək ki, hakim partiyanın nümayəndələrinin özü də hərtərəfli məhkəmə islahatlarının vacibliyi ilə razılaşdı. Hər kəs inklüziv və hərtərəfli məhkəmə islahatlarının vacibliyi ilə razılaşır”, - səfir deyib.


