05 
Dek
2021
16:35
408

Kelli Deqnan: "İndi Gürcüstanın demokratik inkişaf üçün buna ehtiyacı var"

"Gürcüstanın konstitusiya dəyişikliklərinə ehtiyacı var və bunu qanun layihəsinin birinci oxunuşu da təsdiqlədi".

InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan deyib.

Səfirin sözlərinə görə, siyasi liderlər 2020-ci ildə bu məsələ ilə bağlı razılığa gəliblər.

“Partiyalar dəfələrlə konstitusiya islahatının vacibliyi, o cümlədən tam proporsional seçkilərə keçid, habelə baryerin aşağı salınması ilə bağlı razılığa gəliblər. Bu, 2019-cu ildə başladı. Onlar 2020-ci il parlament seçkiləri ilə bağlı 8 mart razılaşmasında bariyeri aşağı salmağa dair razılaşdılar. Müzakirələrdən sonra onlar bir daha razılaşdılar ki, aşağı hədd qanunverici orqanda çoxpartiyalı sistemi, maraqların və baxışların müxtəlifliyini təmin etmək üçün lazımdır. Konstitusiyaya dəyişikliklərini birinci oxunuş da təsdiq edir ki, Gürcüstana indi demokratik inkişaf üçün bu lazımdır və siyasi liderlər müxtəlif vaxtlarda bu barədə razılaşıblar”, - Deqnan bildirib.

Bizimlə əlaqə saxlayın