02 
Dek
2021
15:49
743

ABŞ səfiri Saakaşvilinin məhkəmədə iştirak etməsinə belə münasibət bildirdi

"Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin öz məhkəməsində iştirakı müsbət faktdır".

InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan deyib.

“Hesab edirəm ki, cənab Saakaşvilinin ikinci dəfə öz məhkəmə iclasında iştirak edə bilməsi müsbət faktdır. Polis onun məhkəmədə təhlükəsiz iştirakını, medianın prosesi işıqlandırmasını və ictimaiyyətin onu müşahidə edə bilməsini təmin etmək üçün yaxşı iş gördü”, - səfir bildirib.

O bildirib ki, prosesdə iştirak edən bütün tərəflər məhkəmənin ədalətli olması üçün səylərini davam etdirməlidir.

"Düşünürəm ki, onun ədalətli məhkəmə hüququnun qorunması üçün səylər göstərilir. Bu, əlbəttə ki, başlanğıcdır, çox vacibdir ki, bayaq qeyd etdiyim kimi, onun tərəfdarları dinc və nizam-intizamla dinc toplaşmaq hüququndan istifadə etsinlər. Ədalətli məhkəmə prosesi üçün bunun məhkəmə zalında da qorunması vacibdir. Bütün bu komponentlər məhkəmənin ədalətli olub-olmadığını müəyyən edir. Prosesdə iştirak edən bütün tərəflər bu istiqamətdə səylərini davam etdirməlidirlər", - səfir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər