Nazir müavini “Yaşıl pasport”un istifadə edilmə qaydasını açıqladı
Vətəndaşlar “Yaşıl pasport”dan həm tətbiq vasitəsilə, həm də Ədliyyə Evində çap edilmiş formada faydalana bilərlər.
InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, noyabrın 17-dək Ədliyyə Evindən kağız “yaşıl pasport” alan vətəndaşlar onu dəyişdirməli olacaqlar.
“Yaşıl pasport” üç kriteriyadan birinə cavab verimək deməkdir - bu, tam peyvənd olunmuş şəxsdir, nə vaxt olmasından asılı olmayaraq kovid keçirmiş şəxsdir, üçüncüsü isə – mənfi PCR testi və ya mənfi antigen testidir. PCR testi vəziyyətində, 72 saat, antigen testində isə - 24 saatlıq etibarlılıqdan danışırıq.
"Yaşıl icazə" elektron şəkildə istifadə oluna bilər - siz georgian e helath və ya Covid pass proqramını telefonunuza çox asanlıqla yükləyə bilərsiniz. Noyabrın 17-dək Ədliyyə Evindən “Yaşıl icazə” pasportu götürən hər kəs müəyyən detallar dəqiqləşdirildiyi üçün dəyişib yeni pasport almalı olacaq”, - deyə Qabunia bildirib.


