25 
Nybr
2021
21:22
546

Koronavirusa qarşı dərmanlar peyvəndi əvəz edəcəkmi?- AÇIQLAMA

 Koronavirusa qarşı dərmanlar peyvəndi əvəz etməyəcək.

InterPress.ge xəbər verir ki, bu barədə 
Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, ölkəyə daxil olan dərmanları əhali peyvənd olunmuş şəkildə qarşılasa  daha yaxşı olar.

“Bu yaxınlarda birbaşa koronavirusa qarşı yönəldiləcək antiviral preparatlarla bağlı yeni tədqiqatın nəticələri çox ümidvericidir, çünki bütün digər dərmanlar bu və ya digər müşayiət olunan prosesə təsir edir, bu da sonradan fəsadlara və arzuolunmaz nəticələrə gətirib çıxarır.

Təbii ki, biz bu xəbərləri izləyirik və düşünürük ki, müvafiq, mötəbər qurumların icazəsi olan kimi bu dərmanı qısa müddətdə əhalimizə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Bununla belə, bu dərman  peyvəndi əvəz edə bilməz. Bu halda bizim üçün əsas həll yolu vaksin olaraq qalır. Beləliklə, hər halda, əgər vətəndaşda kovidlə bağlı fəsadlar problemini tamamilə həll edəcək dərmanın tezliklə əldə olunacağına dair bir gözlənti varsa, ölkəyə daxil olan dərmanları əhali peyvənd olunmuş şəkildə qarşılasa  daha yaxşı olar." dedi Qabunia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər