24 
Nybr
2021
13:13
1710

Kənd əhalisi ayağa qalxdı

Kənd sakinlərinin 10 il əvvəl satılan otlaq sahələrinə görə mübahisələri davam edən Zeğduleti kəndi yaxınlığında səs-küy baş verib.

InterPress.ge xəbər verir ki, dörd gün əvvəl kənd sakinləri torpaq sahibinə ərazini becərməyə icazə verməyib və əraziyə gətirilən kənd təsərrüfatı texnikasını geri qaytarıblar.

Razılığa gəlmək üçün kənd sakinləri və yerli hakimiyyət orqanları 5 günlük müddətə razılaşıblar və bu gün, razılaşmadan sonra dördüncü gündə bəzi kəndlilər etiraz əlaməti olaraq Tbilisi-Senaki-Leselidze avtomobil yolunu bağlamaq qərarına gəliblər və təxminən 100 nəfər Zeğduletidən magistral yol istiqamətinə piyada gedib.

Hüquq-mühafizə orqanları hadisə yerindədir. Polis vətəndaşlara magistral yola çıxmağa icazə vermir. Hazırda orada toplanlarla Qori bələdiyyəsi merinin müavini Tamaz Şioşvili və Zeğduleti və Şavşvebi ərazi vahidinin majoritar deputatı Koba Berianidze görüşür.

“Qəbul ediləcək ilk qərar ondan ibarətdir ki, magistral yol bağlanmasın və magistralda hərəkət edən çoxlu sayda insana mane olunmasın. İkincisi, müəyyən bir həll yolu tapılmalıdır. 2011-ci ildə “Milli Hərəkat” kəndə məxsus otlaq sahələrini satanda və siz etiraz edəndə mən də sizin tərəfinizdə dayanmışdım. Həmin vaxt 75 hektar ərazi xarici investora özgəninkiləşdirildi və hazırda həmin torpaq sahələri yenidən satılıb. Bu alıcı vicdanlı alıcıdır və torpağı ələ keçirmək üçün tələb etdiyiniz forma qanunsuzdur. Ona görə də mən təklif edirəm ki, qanuni həll yolu tapaq”, - deyə Qori Bələdiyyəsi merinin müavini Tamaz Şioşvili toplananlara bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər