"Gürcüstanda mühüm inkişaf, prezident Zurabişvili iki müxalifət liderini əfv edib, prezidenti təbrik edirəm".
InterPress.ge xəbər verir ki, bu barədə Litvanın keçmiş Baş naziri və avroparlamentari, Andrius Kubilius ″Twitter″-də yazıb.
″Gürcüstanda mühüm inkişaf, prezident Zurabişvili iki müxalifət liderini, Tbilisinin keçmiş meri, Qiqi Uqulavanı və keçmiş müdafiə naziri İrakli Okruaşvilini əfv edib. Düzgün istiqamətdə atılmış addım. Prezident Salome Zurabişvilini təbrik edirəm″- deyə Andrius Kubilius yazır.
