22 
Nybr
2021
22:30
5285

Ədliyyə naziri Saakaşvilinin azadlığa buraxılması məsələsinə münasibətini bildirdi

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin cəzadan azad edilməsi üçün müvafiq hüquqi əsas lazımdır və dövlət həmişə qanun çərçivəsində hərəkət edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə
Ədliyyə naziri Rati Breqadze qeyd edib.

"Bütün bunlara müvafiq hüquqi əsaslar lazımdır. İnsanın həbsdən çıxması üçün o, cəzasını çəkməli və ya əfv olunmalı, ya da amnistiyaya məruz qalmalıdır və ya məsələn, hökmün icrasının təxirə salınmasından söhbət gedirsə, burada ona məhkəmə-tibb ekspertizasına əsaslanan məhkəmə qərarı lazımdır.

Bu məsələlər Gürcüstan qanunvericiliyinə uyğun olaraq öz həllini tapır və təbii ki, belə qeyd-şərtsiz səslənən tələblər hüquqi əsas yaratmır.

Əlbəttə, biz həmişə qanunlara uyğun hərəkət edəcəyik və Gürcüstan qanunvericiliyini sona qədər qoruyacağıq”, - Rati Breqadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər