Mixeil Saakaşvilinin anası: "Onun xaricdə reabilitasiyası çox vacibdir"
Mixeil Saakaşvilinin anası Qiuli Alasania, Ukrayna Radasının deputatı Liza Yasko və VMH-ın üzvü Qiorqi Çaladze Gürcüstanın üçüncü prezidentini ziyarət etmək üçün Qori Hərbi Hospitalına gediblər.
InterPress.ge xəbər verir ki, Qiuli Alasania həkimlərin təqdim etdiyi “azad müalicə” təşəbbüsünü alqışlayır.
O, Saakaşvilinin xaricdə reabilitasiya olunmasının vacib olduğunu, lakin bunun onlardan asılı olmadığını deyib.
“Dünən gəldim, məni içəri buraxmadılar. Söz verdilər ki, buraxacaqlar, indi gözləyirəm.Həkimlərin tövsiyəsi mənim üçün məqbuldur, baxmayaraq ki, hər şey mənim əlimdə deyil. Onun xaricdə reabilitasiyası çox vacibdir, lakin bu, bizdən asılı deyil, kimdən asılı olduğunu bilirsiniz”, - Qiuli Alasania deyib.
Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili noyabrın 20-də Qori Hərbi Hospitalına köçürülüb. Onun şəxsi həkimi Nikoloz Ğipşidze Saakaşvili üçün cəza müddətinin təxirə salınmasını və azad müalicə olunmasını təklif edib.
“Bəlkə bu şəxsi azad edək, normal müalicə olunsun”, - Ğipşidze noyabrın 20-dəki açıqlamasına deyib.


