Marneulidə “İkinci Qarabağ müharibəsinin regiona iqtisadi və siyasi təsirləri” mövzusunda panel görüş keçirilib
20 noyabr tarixində Marneulidə “İkinci Qarabağ müharibəsinin regiona iqtisadi və siyasi təsirləri” mövzusunda panel görüş keçirilib.
InterPress.ge xəbər verir ki, “Lider Media” Və 24news.ge xəbər portalının təşkilatçılığı ilə həyata keçirilib.
Görüş iki hissədən ibarət olub. Birinci paneldə ictimai fəal Samirə Bayramovun moderatorluğu ilə baş tutan görüşdə Professor, Hərbi ekspert Nika Çitadze, Siyasətçi, Hüquqşunas Levan Çxeidze və Tarixçi, Professor Omar Ardaşeliya çıxış ediblər.
Ekspertlər İkinci Qarabağ müharibəsindən əvvəl və sonrakı prosesləri şərh edərək bu müharibənin regionda yeni reallıqlar yaratdığını qeyd ediblər.
Onlar öz təhlilləri zamanı bildiriblər ki, Rusiyanın Ermənistana 30 il ərzində saysız-hesabsız silah sursat təminatına baxmayaraq, 44 gün ərzində Azərbaycan ordusunun gücünü hər kəs açıq şəkildə gördü.
Ekspertlər hazırda regionda yaranan vəziyyətdən səmərəli şəkildə istifadə edilməsinin vacibliyini qeyd edərək bildiriblər ki, regional münaqişlərin həlli regional iqdisadi əməkdaşlıqla daha sürətli həll ola bilər.
Daha sonra telejurnalist Azər Məmmədovun moderatorluğu ilə baş tutan görüşün ikinci hissəsində, Mülki fəal, ictimaiyyətçi Xəlil Nuri, Siyasətçi Murad Muradov və Mülki Məşğulluq və Aktivizm Mərkəzinin nümayəndəsi Rəşan Ziyadəliyev mövzu ətrafında çıxış ediblər.
Çıxış edən natiqlər İkinci Qarabağ müharibəsindən sonra tez-tez gündəmə gələn və Gürcüstanın da daxil olması təklif olunan “3+3” formatına diqqət çəkiblər.
Qeyd olunub ki, bu format baş tutarsa regional inkişaf üçün əlverişli zəmin yaranacaq.
Qonaqlar həmçinin qeyd ediblər ki, İkinci Qarabağ müharibəsi və həmçinin 2008-ci il Rusiya-Gürcüstan müharibəsi bir daha göstərdi ki, istər Azərbaycan istər Gürcüstan öz torpaqlarının işğalı ilə barışa bilməz.
Qeyd edək ki, daha sonra görüş interaktiv şəkildə, auditoriyanın sualları və qonaqların bu sualları cavablandırması ilə davam edib.


