Mərkəz rəhbəri epidemioloji vəziyyətlə bağlı açıqlama verdi
"Bizdə epidemioloji vəziyyət yaxşı deyil - təəssüf ki, peyvənd nisbəti bizi qane etmir".
InterPress.ge xəbər verir ki, bu barədə
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze jurnalistlərə bildirib.
Qamğrelidzenin sözlərinə görə, hökumət stimullaşdırıcı tədbirlər həyata keçirdikdən sonra 60 yaşdan yuxarı immunizasiyaya müraciət edən əhalinin sayı artıb.
“Bilirsiniz ki, bizdə epidemioloji vəziyyət yaxşı deyil. Təəssüf ki, bu gün hələ də 4200-dən çox yoluxma və 70 ölüm halı var. Təəssüf ki, peyvənd nisbəti də bizi qane etmir. Noyabrın 8-də həvəsləndirici addımlar atıldı və 60 yaşdan yuxarı əhalinin müraciətlərinin sayı artıb. Gündəlik müraciətlər 27-28% idisə, indi 50%-dən çoxdur ”, - Qamğrelidze bildirib.


