19 
Nybr
2021
16:10
3710

ABŞ səfiri Mixeil Saakaşvili ilə bağlı bəyanat verdi

"İnsan həyatı təhlükə altında olduqda, lazımi müalicəni təmin etmək üçün bütün mümkün addımların atılması ilə bağlı heç bir debat və müzakirə olmamalıdır".

InterPress.ge xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Kelli Deqnan Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə bağlı açıqlama verib.

O bildirib ki, insan həyatı qorunmalı olanda, daimi risk altında olanda həkim qrupunun tövsiyələrinin niyə nəzərə alınmaması aydın deyil.

“Biz Mixeil Saakaşvilinin səhhətindən çox narahatıq. İnsan həyatı təhlükə altında olduqda,  lazımi müalicəni təmin etmək üçün bütün mümkün addımların atılması ilə bağlı heç bir debat və müzakirə olmamalıdır. Biz ombudsmana və onun həkimlər komandasına inanırıq.  Düşünürəm ki, siz də görürsünüz ki, bu istiqamət yalnız ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən deyil, həm də Vaşinqton, vəziyyəti müəyyən narahatlıqla izləyən Yan Kelli kimi başqa Gürcüstan dostları tərəfindən də diqqətlə izlənilir və eyni zamanda, insan həyatı qorunmalı olanda, daimi risk altında olanda həkim qrupunun tövsiyələrinin niyə nəzərə alınmaması aydın deyil”, - Kelli Deqnan bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər