18 
Nybr
2021
20:01
418

Dekanoidze: “Onun təcili müdaxiləyə, yüksək ixtisaslı mütəxəssislərə ehtiyacı var"

Mixail Saakaşvili dərhal Mülki Tibb Mərkəzinə köçürüləcək, orada intensiv terapiya aparılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat liderlərindən biri Xatiya Dekanoidze Qldani 18 saylı cəzaçəkmə müəssisəsində jurnalistlərə bildirib.

O, həbsxana xəstəxanasında sabiq prezidenti ziyarət etmək üçün müraciət etdiyini və qərarı gözlədiyini bildirib.

“Onun təcili müdaxiləyə, yüksək ixtisaslı mütəxəssislərə ehtiyacı var. Məlumatlar təşviş doğurur, praktikada bu o deməkdir ki, hamımız insan qətlində şərikik. Mən indi təkid edirəm ki, qanuni hüququma, mandatıma əsaslanaraq, bu gün Saakaşvilinin səhhəti ilə bağlı məlumat almaq üçün mənə icazə verilsin. Onun səhhətinin vəziyyəti həqiqətən kritikdir. Ümid edirəm ki, bir neçə dəqiqədən sonra parlament sədrinin icazəsi ilə nə vaxt içəri girə biləcəyimi öyrənib mənə məlumat verəcəklər”, - Dekanoidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər