16 
Nybr
2021
11:09
542

Nazir ukraynalı ombudsmanın açıqlamasına belə münasibət bildirdi

 Ukraynanın ictimai müdafiəçisi Lüdmila Denisova Gürcüstana gəldikdən və Mixail Saakaşvilinin 12-ci cəzaçəkmə müəssisəsinə səfərindən sonra birtərəfli bəyanatla kifayətlənib.

InterPress.ge xəbər verir ki, bu barədə 
Ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə bildirib.

“Əvvəlki halda, xanım Denisova Mixail Saakaşvilinin yanında olanda və birtərəfli bəyanatla çıxış edəndə, yəqin ki, bizim görüşməyimizi, mövqeyimizi dinləməyi və hər iki tərəfin mövqeyini nəzərə almağı yaxşı olardı. Xanım Denisova ilk dəfə 12-ci müəssisəyə daxil olub çıxdıqdan sonra yalnız birtərəfli açıqlama verdi və ona verilən məlumatların doğru olub-olmaması ilə bağlı bizə bir sual da vermədi”, - deyə nazir bildirib.

Rati Breqadze Gürcüstan qanunvericiliyində Ukraynanın Xalq Müdafiəçisinin tibb müəssisəsinə daxil olmasının nəzərdə tutulmamasına da aydınlıq gətirib.

“Bizim bunu etmək öhdəliyimiz yoxdur. Ona görə də məhbus tibb müəssisəsində olarkən biz onun sağlamlıq vəziyyətinin tam şəkildə qorunması üçün əlimizdən gələni etməyə borcluyuq. Məhz bu səbəblərdən ombudsman indiyədək qəbul olunmayıb. Lakin. Xarici İşlər Nazirliyi vasitəsilə məktub daxil olub və təbii ki, biz cavabı mütləq verəcəyik”- Breqadze bildirib.

Ədliyyə nazirinin sözlərinə görə, Saakaşvili həbs olunaraq penitensiar sistemə daxil olduğu vaxtdan onun hər hansı tibbi xidmətə ehtiyacı olduğu və penitensiar xidmətin bunu təmin edə bilməyəcəyi bir hal olmayıb. O, həmçinin qeyd edib ki, bir qrup həkim gündəlik olaraq Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı izahat verəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər