Mərkəz rəhbəri epidemioloji vəziyyəti şərh etdi
"Ölkədə epidemioloji vəziyyət ciddə şəkildə çətinləşib, bununla belə hər-hansı bir məhdudiyyətin tətbiq edilməsi planlaşdırılmır".
InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
Onun jurnalistlərə verdiyi məlumata görə, bu gün epidemiyaya qarşı əsas qorunma vasitəsi vaksinasiyadır.
"Epidemiya ciddi şəkildə çətinləşib. Bu gün 4445 yeni hal və 77 ölüm halı qeydə alındı. Bütün bunları yalnız vaksinasiya prosesi məhdudlaşdıracaq. Təşəbbüslərdən sonra vaksinasiya prosesi bir qədər artdı, bu gün 7 mindən çox insan peyvənd edildi və mən məlumatların getdikcə artacağına çox ümid edirəm. Heç bir məhdudiyyət olmayacaq, yalnız yaşıl pasportlar sistemi və 60 yaşdan yuxarı əhali üçün 200 larilik həvəsləndirici tədbir olacaq. Bizim bugünkü şüarımız belədir: Bir-birimiz üçün peyvənd olunuruq və Gürcüstana xidmət edirik", - deyə Qamğrelidze bildirib.


