Qamğrelidze: "Ciddi tədbirlər görməliyik, bütün göstəricilər pisləşib"
"Ölkədəki epidemioloji vəziyyət çox çətindir. Bütün göstəricilər pisləşib".
InterPress.ge xəbər verir ki, bunu Amiran Qamğrelidze İmmunizasiya Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib.
Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru qeyd edib ki, yoluxma sürətinin ən böyük təxribatçılarından biri izdihamlı yığıncaqlardır.
O bildirib ki, vaksinasiya prosesində biraz irəliləyiş qeydə alınır, lakin gündə 5-6 min peyvənd kifayət deyil.
“Mən bütün Gürcüstan vətəndaşlarına səslənirəm - sağlamlıq hər şeydən üstündür. Bu, hüquqlar arasında ən böyük hüquqdur - yaşamaq və sağlamlıq hüququ, diqqət edək. Gündəlik 70 ölüm halını aşdıq. Bizdə bir milyon əhaliyə düşən ölüm nisbəti 15-dir. Bizim üçün sərhəd 8-9-dur. Bu zaman ciddi tədbirlər görməliyik. Peyvənddən sonra ən qoruyucu vasitə olan maska taxma nisbəti 35 faizə düşüb. Dünən bir qədər artaraq 5 mini keçdi [peyvəndlənənlərin sayı]. Gündə 20-25 min nəfər peyvənd olunurdu, 5 min heç bir şeydir, ancaq tendensiyanın görünməsinə bir qədər sevindim", - deyə o söyləyib.


