09 
Nybr
2021
12:55
387

Gürcüstanda 12-15 yaşlı yeniyetmələrin peyvəndlənməsinə başlanılır

İmmunizasiya Şurasının qərarına əsasən, 12-15 yaş qrupunda koronavirusa qarşı peyvənd edilməsinə icazə verilir.

InterPress.ge xəbər verir ki, bu barədə şuranın iclasından sonra səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.

“Şura 12-15 yaş qrupunda Pfizer peyvəndinin iki dozası ilə peyvənd prosesini dəstəklədi. Belə ki, azyaşlıya tibbi müdaxilə zamanı zəruri şərt olan valideynin qərarı və razılığı ilə 12-15 yaş arası uşaqlar peyvənd mərkəzlərinə müraciət edərək Pfizer ilə peyvənd oluna bilərlər. Uşaqlarda yoluxma sürəti yüksək deyil, lakin təbii olaraq uşağın da infeksiyaya yoluxması mümkündür və onun özü də infeksiya mənbəyinə çevrilə bilər. Artıq bir çox ölkələr peyvəndləmə prosesinə başlayıb. Ancaq xoşbəxtlikdən, uşaqlarda infeksiyanın yayılması yüksək deyil və hər hansı xroniki xəstəlik olmasa, həll yolları çətin deyil”, - nazir müavini deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər