08 
Nybr
2021
16:49
460

Aclıq aksiyası keçirən Elene Xoştarianın vəziyyəti pisləşib

Altıncı gündür parlament binasında aclıq aksiyası keçirən “Droa”nın lideri Elene Xoştarianın səhhəti pisləşib.

InterPress.ge xəbər verir ki, az əvvəl parlamentə təcili yardım briqadası gedib.

Xoştaria qısa müddətlik huşunu itirib.

Təcili yardım həkiminin sözlərinə görə, Xoştariada bir dəfə huşunu itirmə epizodu olduğu üçün onun xəstəxanaya yerləşdirilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, hazırda həyati parametrləri norma daxilindədir.

"Görünür ki, təzyiqi enib. Biz onu yoxlayanda 120/70 idi, qlükometrlə ölçdük, saturasiya, hər şey norma daxilindədir, dərmanlardan, xəstəxanaya yerləşdirilməkdən imtina etdi. Biz gələnə qədər onun huşunu itirmə epizodu var idi, onda belə bir epizod olduğuna görə, xəstəxanaya yerləşdirilməsi məsləhətdir”, - deyə təcili yardım həkimi bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər