Kovid pasportunu necə əldə etmək olar? - Mərkəz rəhbəri açıqladı
Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze peyvənd olunmuş şəxslərin yaşıl pasportu haradan və necə alacaqlarını izah edib.
InterPress.ge xəbər verir ki, bu barədə Qamğrelidze brifinqdə deyib.
"Xüsusi proqram var, onu smartfonlara yükləmək olar. Bu proqram Xəstəliklərə Nəzarət Milli Mərkəzinin iki bazasına - İmmunizasiya Bazasına və "Kovidlab Bazası"na bağlıdır və orada laboratoriya tərəfindən təsdiqlənmiş bütün hallar qeydə alınır. Tətbiq məlumatı oradan alacaq - müsbət olmağınızı, son 72 saat ərzində PCR və ya son 24 saat ərzində antigen keçirməyinizi və təbii ki, peyvənd statusunuzu. Smartfonları və ya proqramla işləmək bacarığı olmayanlar Ədliyyə Evində kovid pasportunu kağız şəkilində ala bilərlər və bu pasport da işləyəcək", - deyib Qamğrelidze.


