07 
Nybr
2021
17:24
573

Amiran Qamğrelidze ölüm hallarının artacağını açıqladı

"Ölüm hallarından danışmaq çətindir, amma təəssüf ki, ölüm nisbətləri artacaq, çünki tibb müəssisələrində 1500-dən çox ağır xəstə, 300-dən çox süni ventilyasiyada olan insanlar var".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Qamğrelidzenin qeyd etdiyinə görə, xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti, xüsusən də reanimasiyada olanlar peyvənd olunmamış şəxslərdi.

Eyni zamanda, Amiran Qamğrelidzenin dediyinə görə, peyvənd marafonu çərçivəsində 3500-dən çox insan peyvənd olunub.

“Marafon müəyyən nəticələr verdi, 3500-dən çox insan peyvənd olundu. İndi marafonun bir qədər modifikasiyası planlaşdırılır.  Daha irimiqyaslı tədbirlər 10 iri şəhərdə keçiriləcək, həmçinin 60%-lik əhatə dairəsinə yaxın olduğumuz üç regiona - Tbilisi, Acarıstan və Raca-Leçxumiyə xüsusi diqqət yetiriləcək. Tezliklə 60%-ə çatmaq istədiyimiz iki bələdiyyə də seçiləcək - Ozurqeti və Qurcaani.  Burada daha aktiv kommunikasiya kampaniyası olacaq”, - deyə Amiran Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər