07 
Nybr
2021
15:50
1355

Yeni məhdudiyyətlər tətbiq oluna bilər - Amiran Qamğrelidze açıqlama verdi

"Qışda tənəffüs viruslarının aktivləşməsi ilə koronavirus pandemiyasını idarə etmək getdikcə çətinləşir".

InterPress.ge xəbər verir ki, Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze əhaliyə xəbərdarlıq edir.

Onun sözlərinə görə, peyvəndləmə səviyyəsi kifayət qədər aşağıdır. Sabah hökumət və Koordinasiya Şurası müvafiq qərarlar verəcək.

Amiran Qamğrelidze deyib ki, vaksinasiya sürətini artırmadan pandemiya bitməyəcək.

“Sabah Koordinasiya Şurasının iclası olacaq və bir sıra qərarlar qəbul ediləcək, həvəsləndirici tədbirlər, yaşıl pasport və s. bunlarla bağlı artıq konsensus var. Bu tədbirlər ölkədə vaksinasiya əhatəsini maksimum dərəcədə artırmalıdır. Peyvənd olmadan ölkədə bu pandemiya bitməyəcək.

Bizdə bu dalğalar olacaq və təəssüf ki, böyük insan itkisi yaşayacağıq”, - deyə Amiran Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər