Mtavari Arxi kanalının jurnalisti Ceyhun Məhəmədəli Rustavi həbsxanasının önündə keçirilən aksiyada çıxış edib.
InterPress.ge xəbər verir ki, Məhəmmədəli çıxışını iki dildə - Azərbaycan və gürcü dillərində edib.
O, çıxışı zamanı Mixail Saakaşviliyə dəstək ifadə edib.
“Cənab Mişa, sizin özünüzü incitməyə haqqınız yoxdur. Arxanızda bütün Gürcüstanın sevgisi var ", - deyə Ceyhun Məhəmmədəli qeyd edib.
C. Məhəmmədəli eyni zamanda Gürcüstan vətəndaşlarını bu prosesdə aktiv olmağa çağırıb.
