05 
Nybr
2021
18:07
473

Tbilisidə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirildi - VİDEO/FOTO

Tbilisidə 8 Noyabr - Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib.

InterPress.ge xəbər verir ki, Tbilisidə Azərbaycan Səfirliyində təşkil edilən tədbirdə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, SOCAR prezidenti Rövnəq Abdullayev, Marneuli şəhər meri Kənan Ömərov, Azərbaycan və Gürcüstan parlamentini üzvləri, eləcə də diplomatik korpusun nümayəndələri, gürcü din xadimləri, Gürcüstan və Azərbaycan parlamentinin üzvləri, iş adamları, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Faiq Quliyev bildirib ki, Azərbaycan 44 günlük müharibə nəticəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edib, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış 4 qətnaməsini yerinə yetirib.

Səfir müharibə zamanı Azərbaycana göstərdiyi həmrəylik və mənəvi dəstəyə görə Gürcüstan hökumətinə və xalqına, Gürcüstanda yaşayan azərbaycanlılara təşəkkür edib.

O qeyd edib ki, postmünaqişə dövrünə aid sülh təşəbbüsləri regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir və bu baxımdan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin BMT kürsüsündə, eləcə də müxtəlif beynəlxalq səviyyələrdəki fəaliyyəti böyük əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan Prezidenti Gürcüstana və onun xalqına böyük hörmət bəsləyir və ötən illər ərzində iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edib.

(hsb)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər