04 
Nybr
2021
18:54
1472

Mixail Saakaşvilinin anası Ukrayna prezidentinə müraciət edir

Mixail Saakaşvilinin rəsmi Facebook səhifəsində eks-prezidentin anası, Qiuli Alasanianın müraciəti yayılıb.

InterPress.ge xəbər verir ki, Qiuli Alasania Ukrayna prezidentinə müraciət edib.

O deyib ki, oğlu Gürcüstanda təhlükəsiz deyil, ona görə də onun Ukraynaya qayıtmasını təşkil etmək lazımdır.

"Sizi salamlayıram, mən Mixail Saakaşvilinin anasıyam. Çıxılmaz vəziyyətdəyik.  Oğlumu gözümün qabağında öldürürlər.

Mən prezident Zelenskiyə müraciət etmək istərdim, o, bizə əvvəllər dəfələrlə kömək edib, amma indi onun dəstəyinə və köməyinə xüsusi ehtiyacımız var.

Mixailin Ukraynaya aparılmasını təşkil etmək lazımdır ki, o, müvafiq müalicə və müşahidə olunsun, birtəhər sağ qalsın. O, 35 gündür aclıq aksiyası keçirir.

Təsəvvür edirsiniz? Hər an hər şey ola bilər. Bununla belə, bu heç kimi narahat etmir. Ona təklif olunan yeganə şey müvafiq mütəxəssisləri olmayan həbsxana xəstəxanasıdır. Orada bənzər xəstələr üçün müvafiq şərait yoxdur.

Mən sizə həqiqətən ümid edirəm! Sizə, hamınıza - Ukrayna xalqına, deputatlara.
Mən həmçinin Ukrayna hakimiyyətinə və təbii ki, ilk növbədə prezident Zelinskiyə müraciət edirəm”, - Qiuli Alasania bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər