04 
Nybr
2021
14:58
746

Amiran Qamğrelidze: "Noyabr-dekabr kifayət qədər çətin keçəcək"

"Ölkədə hərəkətlilik artıb ki, bu da epidemioloji vəziyyətin pisləşməsinə səbəb olur".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Qamğrelidze iki virusun yayılmasının qarşısını almaq üçün risk qruplarını qripə qarşı peyvənd olunmağa çağırıb.

"Noyabr-dekabr kifayət qədər çətin keçəcək, çünki bu zaman digər respirator infeksiyalar aktivləşir, ölkədə hələ qrip dövriyyə etmir, bilirsiniz ki, biz daim monitorinqdəyik, qrip virusu dövriyyə etmir, digər respirator viruslar dövriyyədədir.

Ona görə də hamını qripə qarşı peyvənd olunmağa çağırırıq. Bu günə qədər 26 min nəfər peyvənd olunub, ölkədə 200 min doza qrip peyvəndi paylanıb. Dövlət xərcində olanlar və risk qrupunda olanlar qrip peyvəndi ilə peyvənd olunmalıdırlar ki, çoxalma olmasın", - deyə Qamğrelidze bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər