04 
Nybr
2021
12:51
737

Gürcüstanda yenidən səhra xəstəxanalarına ehtiyac yarana bilər

Səhiyyə nazirinin müavini Tamar Qabunia çətin vəziyyətə görə ölkədə yenidən səhra xəstəxanalarından istifadəyə ehtiyac ola biləcəyini istisna etməyib.

InterPress.ge xəbər verir ki, Qabunia bu barədə İdarələrarası Koordinasiya Şurasının iclasından sonra açıqlama verib.

Onun sözlərinə görə, kovid otellərdən də istifadə olunacaq.

"Yenə də xəstəxana sektorunun imkanlarını genişləndirməli ola bilərik, o cümlədən səhra xəstəxanalarından və kovid otellərdən istifadə edə bilərik", - deyə o söyləyib.

Buster dozalara gəlincə, Qabunianın dediyin görə, bu, artıq 3-4 min insana vurulub.

“Dünən hər yaş qrupu üçün gücləndirici dozanı dəstəkləyən Milli Vaksinasiya Qrupundan tövsiyə aldıq. Bu halda, mən artıq peyvənd edilmiş 18 yaşdan yuxarı yaşlı əhalidən, eləcə də hər hansı bir peyvəndlə peyvənd olunmuşlardan danışıram. "Sinovac", "Sinopharm", "Pfizer", "Astrazeneca" - bütün dörd peyvənd halında buster dozdan istifadə etmək mümkündür. Vaksinasiya Şurası bunu Nazirlikdə bir daha müzakirə edəcək və qərar qəbul ediləcək. Bununla belə, biz artıq ilk müsbət tövsiyəni almışıq”, - deyə Qabunia bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər