04 
Nybr
2021
12:38
298

Tamar Qabunia: "Koordinasiya Şurasının iclasında "yaşıl icazə"nin tətbiqi ilə bağlı təfərrüatlardan danışıldı"

Koordinasiya Şurasının bu gün keçirilən iclasında “yaşıl icazə”nin tətbiqi müzakirə olunub.

InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tmar Qabunia Koordinasiya Şurasının iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, bununla bağlı məsləhətləşmələr davam edəcək və yekun qərarın qəbulu üçün şuranın əlavə iclası təyin olunacaq.

"İclasda "yaşıl icazə" konsepsiyası da müzakirə olundu. Şura "yaşıl icazə"nin istifadəsi ilə bağlı Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən verilən təklifləri müzakirə etdi. Bu istiqamətdə məsləhətləşmələr davam edəcək və yekun qərarın qəbulu üçün şuranın əlavə iclası təyin olunacaq", - Qabunia bildirib.

Onun sözlərinə görə, Koordinasiya Şurasının bugünkü iclasında prezident Salome Zurabişvili də iştirak edib.

"Onun iştirakı bizim üçün çox vacib idi. Bugünkü iclasda "yaşıl icazə" anlayışı ilə bağlı müzakirələr aparıldı. Bu məsələyə əsasən insan hüquqları, eləcə də maliyyə-iqtisadi təsir, biznes fəaliyyətinə təsirlər müzakirə edildi. Bütün bu sahələrdə bəzi məsələlərə aydınlıq gətiriləcək və şura bu məsələləri müzakirə etmək üçün əlavə olaraq toplaşacaq", - Qabunia bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər