Tamar Qabunia: "Yeni növ ştammın yayılma təhlükəsi var"
Gürcüstanda yeni növ ştammın yayılması faktı hazırki mərhələdə təsdiqlənməyib, lakin risklər var.
InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.
Onun izah etdiyinə görə, peyvənd bu günə qədər məlum olan bütün ştamma qarşı effektlidir.
"Yeni ştamm dövriyyədədir, biz bunu bilirik və elm adamları onu da deyirlər ki, yeni versiyanın daha çox zərərli təsiri ola bilər. Xoşbəxtlikdən bu ştamm hələ Gürcüstanda aşkar edilməyib. Təbii ki, "Delta ştammı"ndakı kimi bu cür risklər var. Həmçinin hər hansı digər ştammın da yayılması mümkündür və burada yenə də sığortalanmağın tək yolu peyvənddir. Alimlər peyvəndin müxtəlif ölkələrdə tapılan və dövriyyədə olan bütün məlum ştammlardan qoruduğunu deyirlər, ona görə də burada da həll yolu peyvəndləmədir" - deyə Tamar Qabunia bildirib.


