Tamar Qabunia məhdudiyyətlərlə bağlı açıqlama verdi
Ölkədə əlavə məhdudiyyətlərin tətbiq edilməsi planlaşdırılmır.
InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.
Onun sözlərinə görə, əhali ölkədə qüvvədə olan qaydaları nəzərə almalıdır.
“Hazırda əlavə məhdudiyyətlərin tətbiqi planlaşdırılmır, lakin artıq tətbiq olunan məhdudiyyətlər və qaydalar icra edilməlidir, çünki tətbiq edilənlər yerinə yetirilməzsə, əlavə məhdudiyyətlər tətbiq etməyin heç bir mənası yoxdur", - deyib Qabunia.
Onun sözlərinə görə, epidemiyanın təhlükəsizlik statusunu müəyyən etmək məqsədi daşıyan və virusun daha da yayılmasının qarşısının alınması mexanizmi olan “yaşıl pasport”un tətbiqi üzərində iş aparılır.
"Təbii ki, “yaşıl pasport” istiqamətində də işlər gedir. Konsepsiya işlənir. "Yaşıl pasport" müxtəlif növ əyləncə və ya sosial tədbirlərə giriş üçün epidemioloji təhlükəsizlik statusunun müəyyən edir, artıq ölkədə bunun presedentləri mövcuddur. Epidemiyanın daha da yayılmasının qarşısını almaq üçün onu daha da genişləndirmək vacibdir", - deyib Tamar Qabunia.


