Qamğrelidze: "Həvəsləndirici və ya məhdudlaşdırıcı bir şey tətbiq edilməsə, vaksinasiya artmayacaq"
"Gürcüstanda koronavirusa qarşı vaksinlərin gündəlik sayını artırmaq üçün daha təsirli addımlar atılmalıdır".
InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
"Gündəlik vaksinlərin sayının artırılması üçün daha təsirli tədbirlərə ehtiyac var. Rayonlara, kəndlərə getsək də, marafonlar davam etsə da, maarifləndirmə artsa da, əhalinin müqaviməti yüksəkdir. Bir sıra tədbirlər planlaşdırılıb, bu, Koordinasiya Şurasında müzakirə olunacaq və ölkədə peyvəndləmə nisbətinin artırılması ilə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Bəzi ölkələrdə hədd nisbəti 20% idi və bundan yuxarı çıxa bilməzdilər, bəziləri üçün 40%, bəziləri üçünsə 50% idi. Bizdə bu rəqəm 33-35% intervalında oldu. Hər hansı həvəsləndirici təşviq və ya digər məhdudlaşdırıcı tədbirlər tətbiq edilmədikcə, təəssüf ki, vaksinasiya artmayacaq. Buna görə də bir sıra qərarların qəbul ediləcəyinə əminəm”, - Qamğrelidze bildirib.


