31 
Okt
2021
19:37
1522

Gürcüstanda əlavə məhdudiyyətlər planlaşdırılırmı? - Açıqlama

Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze ölkədə koronavirusun yayılması ilə əlaqədar əlavə məhdudiyyətlərin planlaşdırıldığı barədə yayılan məlumatlara açıqlama gətirib.

InterPress.ge xəbər verir ki, nazir vətəndaşları peyvənd olunmağa çağırıb. 

Onun sözlərinə görə, əlavə məhdudiyyətlərin tətbiqi planlaşdırılmır.

“Gürcüstanda kovid-19-un yayılması baxımından epidemioloji vəziyyət diqqətəlayiq olaraq qalır. Qeyd edək ki, oktyabrın əvvəlindən yoluxmaların artması yüksək dərəcədə lokallaşdırılıb və əsasən peyvənd edilmiş əhalinin digərləri ilə müqayisədə az olduğu regionlara, o cümlədən Kaxeti və İmeretiyə təsir edib. Bu mərhələdə, gündəlik ortalama yoluxma nisbəti 4000 civarındadır və sürətli artım qeydə alınmır. Səhiyyə Nazirliyi əhalini müəyyən edilmiş qaydalara əməl etməyə və peyvənd olunmağa çağırır. Bu mərhələdə əlavə məhdudiyyətlərin tətbiqi zərurəti müzakirə edilmir. Kimsə əlavə məhdudiyyətlərin müzakirə edildiyini elan edirsə, bu, yalandır və əhalini çaşdırmağa xidmət edir.  Görünür, müəyyən qruplar bunu məqsədyönlü şəkildə edir”, - Tikaradze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər