31 
Okt
2021
16:16
2330

Hakim partiyanın hansı bələdiyyələrdə uduzduğu məlum oldu

Bələdiyyə seçkilərinin ikinci turunda “Gürcü Arzusu”nun 14 majoritar namizədi məğlub olub. 

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib.

Bildirilir ki, bələdiyyə məclisinə majoritar üzvlərinin seçkilərinin ikinci turu 24 majoritar dairədə keçirilib və bu dairədə ümumilikdə 42 majoritar üzv seçilib.

Belə ki, “Gürcü Arzusu”nun majoritar namizədləri bələdiyyə seçkilərinin ikinci turunda aşağıdakı seçki dairələrində qalib gələ bilməyiblər:

Karelidə yerli majoritar seçkilərinin ikinci turu iki seçki dairəsidə keçirilib. Bu dairələrdən birini “Gürcü arzusu”nun majoritar namizədi qazanıb, digər eçki dairəsində isə “Milli Hərəkat”ın namizədi Murtaz Tsiskadze 52,178% səslə qalib gəlib.

Seçkilərin ikinci turu 5 saylı Lentexi yerli majoritar seçki dairəsində “Gürcü arzusu” və “Azad Gürcüstan” partiyasının namizədləri arasında keçirilib və burada “Azad Gürcüstan”ın namizədi Qiorgi Şavreşiani 54,268 faiz səs ilə qalib gəlib.

Ozurqetidə seçkilərin ikinci turu dörd yerli majoritar dairədə keçirilib və onlardan ikisində müxalifətin namizədi qalib gəlib. 1 saylı majoritar seçki dairəsi üzrə “Gürcüstan üçün Qaxariya” partiyasının namizədi Giorgi Siradze ikinci turda “Gürcü Arzusu”nun namizədinə qalib gələrək 54,461 faiz səs toplayıb. 6 saylı Ozurqeti majoritar seçki dairəsində “Milli Hərəkat”ın namizədi Raindi Dumbadze 54,528 faiz səslə “Gürcü Arzusu”nun namizədinə qalib gəlib.

Martvilidə üç yerli seçki dairəsində seçkilərin ikinci turu keçirilib. Bunlardan ikisini müxalifət qazanıb. Üç saylı Martvili majoritar seçki dairəsində “Milli Hərəkat” partiyasının namizədi Koba Asabaşvili 50,72 faiz səslə “Gürcü Arzusu”nun namizədinə qalib gəlib. 9 saylı Martvili majoritar seçki dairəsində isə “Avropa sosialistləri”nin namizədi Giorgi Jijelava 50,446 faiz ilə qalib gəlib.

Çxorotskuda beş yerli majoritar seçki dairəsi üzrə Sakrebulo üzvlərinin seçkilərinin ikinci turu keçirilib. Onlardan birində Vahid Milli Hərəkat tərəfindən irəli sürülən majoritar namizəd Varlam Sicinava qalib gəlib. “Qaxariya-Gürcüstan naminə” partiyasının namizədləri Çxorotskunun üç majoritar dairəsində qalib gəlib.

İkinci turun keçirildiyi Tsalencixadakı beş majoritar dairədən dördündə müxalifət namizədləri qalib gəliblər. O cümlədən, “Milli Hərəkat”ın namizədi üç seçki dairəsində daha çox səs toplayıb. 1 saylı Tsalencixa majoritar seçki dairəsində “Qaxariya Gürcüstan naminə” partiyasının namizədi qalib gəlib.

“Milli Hərəkat” və “Gürcüstan Naminə Qaxariya” partiyalarının 1 saylı majoritar seçki dairəsində ikinci turun keçirildiyi Xuloda fərqlidir və MSK-nın ilkin məlumatlarına görə, Giorgi Qaxariyanın partiyasının nümayəndəsi İrakli Bolkvadze adıçəkilən majoritar seçki dairəsində qalib gəlib.

Qeyd edək ki, yerli seçkilərin ikinci turu 5 özünüidarəetmə şəhərində, 15 bələdiyyə və 24 seçki dairəsində keçirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər